`Qarabağ`ımız yenidən Antalyaya

single-news
27 Fev 2011

`Qarabağ`ımız yenidən Antalyaya



`Qarabağ`ımız yenidən Antalyaya yollanır. Xəbər verdiyimiz kimi, `Qarabağ`ımız çempionatda yaranmış fasilədən maksimum yararlanmaq üçün qardaş ölkəyə təlim-məşq toplanışı keçməyə gedir. Qış fasiləsindən sonra premyerliqada fırtına kimi əsən, son 3 matçda qalib gələrək rəqib qapılardan 9 top keçirən komandamız `İC Santai` otelində məskunlaşacaq. Fevralın 28-i Bakı –İstanbul – Antalya reysiylə hərəkət edəcək komandamız 1 həftə  premyerliqanın final mərhələsinə hazırlaşacaq. `Qarabağ`ımız Martın 6-sında yoxlama oyunu keçirməyi planlaşdırır. Martın 7-sində `Qarabağ` Bakıya geri dönəcək. 

 

Paylaş

// pop up