"Qarabağ"ımız yoxlama matçı keçirəcək

17 Noy 2018
"Qarabağ"ımız yoxlama matçı keçirəcək
Milli komandaların oyunlarıyla əlaqədər ölkə çempionatında yaranan fasilə zamanı "Qarabağ"ımız yoxlama oyunu keçirəcək. Komandamız sabah "Sumqayıt" klubuyla qarşılaşacaq. "Azərsun Arena"da baş tutacaq matç saat 13:30-da start götürəcək.