"Qarabağ"ımız - "Zirə" 1:1
31.jpg)
"Qarabağ"ımız - "Zirə" 1:1
Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Zirə"ni qəbul edib. Oyuna sürətli başlayan komandamız 5-ci dəqiqədə hesabı açıb. Maqaye Qeye mıhtəşəm zərbəylə hesabı açıb. Bu qoldan sonra oyunda nəzarəti ələ alan komandamız fasiləyə 1:0 hesablı qələbəylə yollanıb. İkinci hissədə də komandamız bir neçə dəfə hesabı artırmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. Matçın 68-ci dəqiqəsində isə rəqib hesabı bərabərləşdirib. Qarşılaşma bu hesabla da başa çatıb.
19:00. “Qarabağ” – “Zirə” - 1:1
Qol: Maqaye Qeye, 5 (1:0), Riçard Qadze, 67 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu