"Qarabağ"ımız - "Zirə" 3:2

"Qarabağ"ımız - "Zirə" 3:2
Bu gün Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış "Qarabağ"ımızın "Zirə"ylə matçı keçirilib. "Azərsun Arena"da keçirilən qarşılaşma saat 20:00-da start götürüb. Oyuna sürətli başlayan komandamız matçın 18-ci dəqiqəsində hesabı açıb. Maksim Medvedevə cərimə meydançasında olan kobudluqdan sonra hakim penalti nöqtəsini təyin edib. Filip Ozobiç penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. İlk hissədə komandamızın hücumları davam etsə də, hesabı dəyişməyib. İkinci hissəyə sürətli başlayan komandamız 48-ci dəqiqədə hesabı 2:0 edib. Kombinasiyanı Emeqara dəqiq tamamlayaraq hesabı 2:0 edib. Matçın 57-ci dəqiqəsində isə rəqib hesab arasındakı fərqi minimuma endirib 2:1. 82-ci dəqiqədə "Zirə" daha bir qol vuraraq hesabı bərabərləşdirib. Bu qoldan 3 dəqiqə sonra komandamız rəqibi üçüncü dəfə mərkəzə dəvət edib. 3:2. Bu qol matçın nəticəsini də müəyyənləşdirib.3:2. Komandamız bu nəticədən sonra 13 xalla turnir cədvəlinin lideri olubş