"Qarabağ"ımız "Zirə" səfərində qələbə qazandı

26 Noy 2017
"Qarabağ"ımız "Zirə" səfərində qələbə qazandı
Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ"ımız səfərdə "Zirə"nin qonağı olub. Oyuna sürətli başlayan komandamız matçın 21-ci dəqiqəsində hesabı açıb. Mahir Mədətovun ötürməsini Riçard Almeyda dəqiqliklə tamamlayıb. Bu qoldan 5 dəqiqə sonra Dino Ndlovu hesab arasındakı fərqi artıraraq ilk hissənin hesabını müəyyənləşdirib. İkinci hissənin əvvəllərində rəqib hesab arasındakı fərqi azaldıb. Matçın 60-cı dəqiqəsində Dani Kintanadan ötürmə alan Mahir Mədətov hesabı 3:1 edib. Bu qoldan sonra rəqib hesab arasındakı fərqi yenidən minimuma endirib və qarşılaşma komandamızın 3:2 hesablı qələbəsiylə başa çatıb.