"Qarabağ"ımız "Zirə"ylə matçın hazırlıqlarını tamamladı VİDEO

9 Dek 2018
"Qarabağ"ımız "Zirə"ylə matçın hazırlıqlarını tamamladı VİDEO
"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Zirə"ylə qarşılaşacaq. Komandamız bu gün bu oyunun hazırlıqlarını tamamlayıb. Komandamız saat 18:00-da son məşqinə çıxıb və bu hazırlıq təxminən 1 saat 10 dəqiqə davam edib. "İmarət Tayfa" azarkeş qrupu komandamızın məşqini tam izləyib və məşq boyu komandamıza dəstək olub. Məşqdən möhtəşəm görüntüləri təqdim edirik: