`Qarabağ`ımızdan daha 2 transfer

single-news
24 Yan 2011

`Qarabağ`ımızdan daha 2 transfer



`Qarabağ`ımız transferə doymur. Qış fasiləsinə Azərbaycanın istedadlı futbolçularından sayılan İlqar Qurbanovun transferiylə başlayan komandamız daha 2 futbolçu ilə güclənib. Bütün bölgələrdə rəqabət yaratmağa çalışan komandamızın baş məşqçisinin arzusuyla baxışda olan 2 futbolçuyla müqavilə imzalanıb. `Lyers`dən alınan hücumameyilli yarımmüdafiəçi Nderim Nedzipi  və `Srvena Zvezda`dan gələn qapıçı Bojan Pavloviçlə  1,5 illik müqavilə imzalanıb. Artıq rəsmi müqavilə bağlayan futbolçular saytımıza transferləriylə bağlı fikirlərini bildiriblər.
Nderim Nedzipi:`Qarabağ`ın ənənəsi olan klub olduğunu bilirəm. Son 2 ildə `Qarabağ`ın avrokuboklarda uğurlu çıxışından xəbərim var. Necə bir komandaya gəldiyimi bilirəm. `Qarabağ`la çempionluq yaşamaq, avrokuboklarda uğur qazanmaq üçün gəlmişəm. Əsas hədəfim kimi avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmaqdır. Çox geniş heyətimiz var. Bu bizim xeyrimizədir. Forma üçün əsl mübarizə gedəcək. `Qarabağ`ın Azərbaycanda heç kimdən zəif olmadığını düşünürəm.  Azarkeşlərlə ilk görüşə çıxmağa səbirsizlənirəm. `
Bojan Pavloviç: `Qarabağ`a gəlişimdən məmnunam. Gördüyüm kimi, `Qarabağ` futbol oynamağı sevən komandadır. `Qarabağ`la uğur qazanıb Avrokuboklarda oynamaq istəyirəm.  Liderlə aramızda 8 xal fərq var. Bu elə də ciddi fərq deyil. Bilirəm ki, `Qarabağ`ın əsas qapıçısı Fərhad Vəliyev millinin də qapıçısıdır. Sahil Kərimov da təcrübəli qapıçıdır. Ona görə də qapıda kimin durmasından asılı olmayaraq komandanın arxa xəttdə problem yaşayacağını düşünmürəm. `Qarabağ`la uğur qazanmağa gəlmişəm.`

Paylaş

// pop up