"Qarabağ"ımızdan əzmkar qələbə

single-news
25 Dek 2020

"Qarabağ"ımızdan əzmkar qələbə



Bu gün Azərbaycan Premyer Liqasında cari ilin son turunun oyunları keçirilib. "Qarabağ"ımız "Azərsun Arena"da "Zirə"ni qəbul edib. Oyunun ikinci dəqiqəsində rəqib hesabı açıb. İlk hissədə başqa qol olmayıb. İkinci hissəyə də rəqib qolla başlayaraq hesabı 2:0 xeyrinə dəyişib. Matçın 58-ci dəqiqəsində komandamız Mahir Emreli ilə hesab arasındakı fərqi minimuma endirib. Hücumlarının sayını artıran komandamız 83-cü dəqiqədə Ovusu Kvabena ilə hesabı bərabərləşdirib. Bu qoldan 6 dəqiqə sonra isə Kvabena özünün ikinci, komandamızın üçüncü qoluna imza atıb. Qarşılaşma komandamızın 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

 

16:00. “Qarabağ” – “Zirə” - 3:2
Qollar: 
Ağabala Ramazanov, 2 (0:1), Lazar Corceviç, 47 (0:2), Mahir Emreli, 58 (1:2), Ovusu Kvabena, 83 (2:2), 89 (3:2)
Qırmızı vərəqə: Dimitrios Çantakias ("Zirə", ikinci sarı vərəqə), Kevin Medina ("Qarabağ")
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Azersun Arena”

Paylaş