"Qarabağ"ımızdan növbəti qələbə

single-news
23 Sen 2018

"Qarabağ"ımızdan növbəti qələbə



Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız "Azərsun Arena"da "Qəbələ"ni qəbul edib. Oyuna sürətli başlayan komandamız 30-cu dəqiqədə hesabı açıb. Zubirin zərbəsi dəqiq alınıb. İlk hissəyə əlavə olunmuş dəqiqədə Araz Abdullayev möhtəşəm zərbəylə hesabı 2:0 edib. İkinci hissəyə sürətli başlayan komandamız 61-ci dəqiqədə Con Delarjla fərqi 3-ə çatdırıb. Oyunun 72-ci dəqiqəsində Zubir özünün ikinci, komandamızın dördüncü qolunu vurub. Matçın son dəqiqəsində rəqib hesab arasındakı fərqi 3-ə endirib. Matç bu hesabla da başa çatıb.4:1.

Paylaş

QARABAĞI UNUTMA!