"Qarabağ"ımızdan növbəti transfer

single-news
24 İyl 2018

"Qarabağ"ımızdan növbəti transfer



"Qarabağ”ımız hücum xəttinə Con Delarjdan sonra daha bir futbolçu transfer edib.

Komandamız sabiq futbolçusu İnnosent Emeqaranı heyətinə qatıb. Futbolçuyla ikiillik müqavilə imzalanıb. 29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb, daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib. 2014/15-ci illər mövsümündə “Qarabağ”ımızda çıxış edən Emeqara qısa müddət ərzində 7 oyunda 4 qolla yadda qalmışdı. Komandamızdan ayrıldıqdan sonra Amerikanın “Ertkveyks” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub.

Emeqara İsveçrə millisində də 9 oyunda meydanda olub.

Paylaş