`Qarabağ`ımızın 17 yaşlıları Antalyada

single-news
29 Yan 2011

`Qarabağ`ımızın 17 yaşlıları Antalyada



Ötən mövsüm Azərbaycan çempionu olmuş `Qarabağ`ımızın 17 yaşlılardan ibarət olmuş komandası hazırlıqlarını davam etdirir. Mübariz Orucovun başçılıq etdiyi yeniyetmələrimiz Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına gəlib. Yanvarın 28-indən Fevralın 4-nə kimi qardaş ölkədə hazırlıq keçəcək komandamız bu müddətdə 2 yoxlama oyunu keçirəcək. Komandamız sabah Almaniyanın `Ahnen` klubundan olan həmyaşıdlıları ilə qarşılaşacaq. Fevralın 3-ndə  isə Orucovun yetirmələri `Zenit`lə qarşılaşacaq.

Paylaş

// pop up