`Qarabağ`ımızın darmadağını bütün gözəllikləri ilə...

single-news
26 Fev 2011

`Qarabağ`ımızın darmadağını bütün gözəllikləri ilə...



`Qarabağ`ımız ardıcıl 7-ci rəqibini də məğlub etdi. Özü də darmadağınla. Oyuna `Qarabağ` olduqca sürətli başladı. Artıq 9-cu dəqiqədə son zamanlar əla formada olan Vüqarın əla hərəkətlə müdafiəçini keçidi və Elvinə `al,vur` ötürməsini Məmmədov dəqiq tamalayaraq cari mövsüm ilk qoluna imza atdı. Cəmi 1 dəqiqə sonra Adamiya sol cinahdan müdafiəçiləri çaş-baş saldı və sol ayaqla qapıya dəqiq düşdü, 2:0. 16-cı dəqiqədə isə Vüqar yenə sağ  cinahdan rahat keçdi, zərbəsini qapıçı dəf etsə də, Adamiya qol hissiyatını bir daha göstərdi, 3:0.
Bundan sonra `Qarabağ`ımız sakitləşsə də, ilk yarıda yetərincə qol vurmaq şansı oldu. Amma Vüqar, Elvin, Rəşad dəfələrlə qol şansından yararlana bilmədilər.
İkinci yarıya da komandamız aktiv başladı. Artıq 53-cü dəqiqədə Vüqar – Elvin – Rauf kombinasiyasını sonuncu dəqiq tamamladı, 4:0. Bundan sonra komandamız sakitləşsə də istənilən an qol vurmağa yaxın idik. Təsadüfi deyil ki, 2 dəfə Adamiyanın, 1 dəfə də Rəşad və Vüqarın zərbəsindən sonra müdafiəçilər topu tora daxil olmağa imkan vermədilər. Son dəqiqədə isə komandamız 5-ci dəfə fərqlənə bildi. Oyuna sonradan girən Əfranın cari mövsümdə ilk məhsuldar ötürməsini cari mövsümdə ilk qoluna vuran Admir Teli bitirdi, 5:1.
Beləliklə, premyerliqanın təsnifat mərhələsini komandamız ardıcıl 7 qələbəylə bitirdi. Son 3 görüşün 2-sində meydanda böyükhesablı qələbə qazanan komandamız cari mövsüm ilk dəfə 1 oyunda 5 qol vurdu. Cari birinclikdə ən tez 3:0-ı da 16 dəqiqəyə məhz `Qarabağ` reallaşdırdı. `Qarabağ` cari çempionatda 4-cü böyükhesablı qələbəsini qazandı.  Adamiya çempionatdakı 2-ci dublu ilə qollarının sayını 10-a çatdıraraq bombardirlər siyahısında 2-ci pilləyə yüksəldi. Son 3 oyunu qolsuz tərk etməyən `Adam` 4 dəfə fərqlənib. Eləcə də, Rauf son 4 oyunda 4 dəfə qola sevinib. Rauf da qollarının sayını 9-a  çatdıraraq bombardirlik yarışında `mən də varam` dedi. 
`Qarabağ`ımızın `Turan`ı məğlub etdiyi qolları CANLI QOLLAR BÖLÜMÜNDƏ...
http://www.qarabagh.com/1987/?name=videosif&lang=1

Paylaş

// pop up