`Qarabağ`ımızın ilk rəqibi - `Metallurq` Makedoniya və `Skonto` və ya `Portadaun`

single-news
21 İyn 2010

`Qarabağ`ımızın ilk rəqibi - `Metallurq` Makedoniya və `Skonto` və ya `Portadaun`



Bu gün İsveçrənin Nyon şəhərində 2010-11 mövsümü üçün Avrokubokların ilkin mərhələsinin püşkü atılır. İlk olaraq Bakı vaxtıyla 15:00-da Çempionlar Liqasının ilkin mərhələsində qarşılşacaq. Azərbaycan çempionu `İnter` Polşanın `Lex` kollektivi ilə üzləşəcək.

Bu gün 16:00-dan etibarən isə Avroliqanın ilkin mərhələsinin püşkü atılacaq. `Qarabağ`ımız da bu mərhələdə Azərbaycanı təmsil edəcək.

V qrupda yer alan “Qarabağ”ın 6 potensial rəqibi – “Flora” (Estoniya), “Qyöri ETO” (Macarıstan), “Metallurq” (Makedoniya), “Şaxtyor” (Qazaxıstan), “Laçi” (Albaniya) və “Zeta” (Çernoqoriya) komandalarıdır.

Və artıq püşk atıldı. `Qarabağ`ımızın Avroliqanın ilk mərhələsindəki rəqibi Makedoniyanın `Metallurq` (Skopye) olacaq. Komandamızın makedonlarla ilk oyunu İyulun 1-ində Bakıda oynayacaq. Cavab qarşılaşması isə 1 həftə sonra Skopyedə baş tutacaq.

 

Artıq `Qarabağ`ımızın 2-ci mərhələyə adlayacağı təqdirdə qarşılaşacağı rəqibə də aydınlıq gəlib. Komandamız 2-ci mərhələdə Şimaliya İrlandiyanın `Portadun`u ilə Latviyanın `Skonto` cütünün qalibi ilə qarşılaşacaq.

 

Azərbaycan klublarından `Bakı`  Çernaqoriyanın `Buduçnost`, Xəzər-Lənkəran` isə Moldovanın `Olimpiya` klubu ilə qarşılaşacaq.

Paylaş

// pop up