`Qarabağ`ımızın ilk transferi...
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5630.jpg)
22 İyn 2012
`Qarabağ`ımızın ilk transferi...
`Qarabağ`ımız 2012-13 mövsümündə ilk transferini reallaşdırıb. Ötən mövsüm sərgilədiyi oyunla ölkənin iddialı klublarının maraq dairəsinə olan Elnur Abdulov `Qarabağ`ımızın yeni mövsüm üçün rənglərinə bağladığı ilk futbolçudu. 1992-ci il təvəllüdlü futbolçuyla 2 illik müqavilə imzalanıb. Elnur saytımıza verdiyi açıqlmada `Qarabağ`lı olmaqdan danışıb:`Düzdü, çoxları məni başqa iddialı klublara keçəcəyimi gözləyirdi. Amma mən `Qarabağ`ı daha üstün tutdum. Qurban Qurbanovla görüşümüz oldu. Mənə inandığını bildirdi. Bu il Avrokubklarda oynamayacağıq. Amma inanıram ki, gələn mövsüm bunu artıqlamasıyla bacarmalıyıq. `Qarabağ` yerli futbolçulara daha çox inanır. Bu da mənim çün bir şansdı. İnanıram ki, yeni komandamın uğurlarında pay sahibi olacam.`