`Qarabağ`ımızın növbəti oyunu
2 İyl 2014
`Qarabağ`ımızın növbəti oyunu
`Qarabağ`ımızın Avstriyada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyununa çıxacağını xəbər vermişdik. Artıq 3 oyun baş tutub (`Şaxtyor` (Ukrayna) 0:2, `Krasnodar` 0:1, `SV Wacker Burghausen` 2:0). Komandamız növbəti rəqibi `Viktoriya` (Plzen) ilə ayın 4-də qarşılaşacaq. Oyun Azərbaycan vaxtıyla 20:00-da baş tutacaq. Komandamızın sonuncu rəqibi isə Almaniya təmsilçisi olacaq. İyulun 8-də komandamız `SG Sonnenhof Großaspach (Qrossaşpax)` ilə qarşılaşacaq. Oyunun başlama saatı ölkəmizdə 21:00-a təsadüf edəcək.