"Qarabağ"ımızın ölkə kubokunda rəqibi məlum oldu

6 Dek 2018
"Qarabağ"ımızın ölkə kubokunda rəqibi məlum oldu
"Qarabağ"ımızın Azərbaycan kubokunun 1/4 final mərhələsində rəqibi məlum olub. Komandamız bu mərhələdə "Keşlə"ylə qarşılaşacaq. "Keşlə" 1/8 final mərhələsində səfərdə "Şüvəlan"ı 3:o hesabıyla məğlub edərək son "8-liy"ə vəsiqə qazanıb. İlk oyunumuz dekabrın 16-sı evdə, cavab qarşılaşması isə dekabrın 20-si səfərdə baş tutacaq.