`Qarabağ`ımızın oyununun vaxtı dəyişdirildi
18 Fev 2011
`Qarabağ`ımızın oyununun vaxtı dəyişdirildi
`Qarabağ`ımızın premyerliqanın XXI turunda qarşılaşacağı `Gəncə` ilə oyunun başlama vaxtında dəyişiklik baş verib. Televiziya ilə canlı yayımlanması səbəbindən oyunun başlama vaxtı 14:00-dan 13:00-a dəyişdirilib. Oyunu idarə edəcək hakimlər briqadasının adlarına da aydınlıq gəlib. Matçı Anar Salmanovun başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək. Salmanova Mübariz Haşımov və Vaqif Musayev yardım edəcək. 4-cü hakim funksiyasını Hacıəli Ağayev yerinə yetirəcək.
Xatırladaq ki, Fevralın 20-ində baş tutacaq oyun `İdman-Azərbaycan` kanalıyla canlı olaraq yayımlanacaq.
Xatırladaq ki, Fevralın 20-ində baş tutacaq oyun `İdman-Azərbaycan` kanalıyla canlı olaraq yayımlanacaq.