`Qarabağ`ımızın potensial rəqibləri məlum oldu

single-news
17 May 2010

`Qarabağ`ımızın potensial rəqibləri məlum oldu



`Qarabağ`ımızın mövsümü 3-cü sırada bitirməsi nəticəsində yeni futbol ilində ölkəmizi Avroliqada təmsil etmək hüququ əldə edib. Ötən mövsüm keçirilən ilk Avroliqada 2 mərhələ keçən komandamız bu dəfə ilk mərhələdən yarışa başlayacaq. İyulun 1 və 8-i keçiriləcək 1 təsnifat mərhələsində `Qarabağ`ımız səpələnmiş qrupdan başlayacaq. Bu o deməkdir ki, `Qarabağ`ımızın ötən mövsüm əldə etdiyi reytinq komandamızın bir üst səbətdə yarışa qoşulmasına səbəb olub. Potensial rəqiblərimizin sırasında isə (səpələnməmişlər) Flora, Narva Trans (Estoniya), EB Streymur, Runavik (Farer adaları), Qlentoran, Portadaun (Şimali İrlandiya), Banants, Uliss (Ermənistan), Falkir (İslandiya), Metallurq Skopye (Makedoniya), Şaxtyor Karaqanda (Qazaxıstan), Laçi (Albaniya), Llanelli, Port Talbot Taun (Uels), Valetta (Malta), Santa Koloma, Lusitanos (Andorra), bundan əlavə, bir San-Marino, bir Çernoqoriya və iki Lüksemburq təmsilçisi var.

Paylaş

// pop up