"Qarabağ"ımızın "Qəbələ" və "Neftçi" ilə oyunları təxirə salındı

single-news
13 Mar 2020

"Qarabağ"ımızın "Qəbələ" və "Neftçi" ilə oyunları təxirə salındı



Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın XXI, XXII turlarının təxirə salınması haqqında əmr imzalayıb.

PFL prezidenti son günlər Koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri  rəhbər tutaraq I Divizionun XX, Premyer Liqanın XXI, XXII turları təxirə salınması barədə əmr imzalayıb.

Xatırladaq ki, "Qarabağ"ımız Premyer Liqanın XXI turunda sabah "Qəbələ"ylə, XXII turda isə martın 22-si səfərdə "Neftçi"ylə qarşılaşmalı idi.

Qeyd edək ki, təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək.

Paylaş