"Qarabağ"ımızın qış hazırlıq planı

21 Dek 2017
"Qarabağ"ımızın qış hazırlıq planı
"Qarabağ"ımızın qış hazırlıq planı dəqiqləşib. Komandamız yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq. Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək. Komandamız toplanış zamanı 6 yoxlama oyunu keçirməyi planlaşdırır. Komandamızın artıq 3 rəqibi və bu oyunların keçiriləcəyi tarixlər məlum olub. Komandamız yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i Ukraynanın "Mariopol" və fevralın 3-ü isə Monteneqronun "Mladost" komandasıyla qarşılaşacaq. Digər 3 rəqib haqda növbəti günlərdə məlumat verəcəyik.