"Qarabağ"ımızın qrup mərhələsində rəqibləri bilindi

2 Okt 2020
"Qarabağ"ımızın qrup mərhələsində rəqibləri bilindi
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 48 komanda 12 qrupa bölünüb.
Azərbaycanın yeganə təmsilçisi "Qarabağ"ımız 2-ci səbətdə yer alıb. Qurban Qurbanovun komandası I qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.