`Qarabağ`ımızın rəqibi `Banqa` . 2-ci turda `Streymur` gözləyir.Online

single-news
20 İyn 2011

`Qarabağ`ımızın rəqibi `Banqa` . 2-ci turda `Streymur` gözləyir.Online



Artıq bu gün 2011-12 il mövsümündə Avrokubok mərhələsinin ilkin mərhələsinin püşkatması keçiriləcək.  İsveçrənin Nyon şəhərində yeni mövsümün püşkatması baş tutacaq. `Qarabağ`ımız Avroliqanın 1-ci mərhələsindən yarışda iştirak edəcək.  İlk mərhələdə güclülər sırasında qərarlaşan komandamız reytinqə görə 5-cı sarada qərarlaşmışdı…
…`Qarabağ`ımızla bərabər güclülər qrupunda  `RAbotniçki` (MAkednoya), `Koper`  (Sloveniya), `Rad` (Serbiya) və `Paksi` (Macarıstan) qərarlaşıb. `Qarabağ`ımız adı qeyd olunan rəqiblərdən reytinqə görə yüksəkdə duraraq püşkatmaya birinci sıradan başlayıb.
…Artıq `Qarabağ`ımızın 5 potensial rəqibi bəllidi. Digər 4 səbətdən `Qarabağ`ımıza rəqib ola biləcək komandalar müəyyənləşib. `Qarabağ`ımızın ilk turda rəqibi  - `Banqa` (Litva), `Trans` (Estoniya), `Şaxtyor` (Qazaxıstan), `Tre Penne` (San-Marino), Santa-Kaloma` (Andorra)
… Və `Qarabağ`ımız rəqibi bəlli oldu. `Qarabağ`ımızın 1-ci mərhələdə ilk rəqibi Litva təmsilçisi `Banqa` olacaq.
Artıq Avropa Liqasının 2-ci mərhələsinin püşkü də atılıb. İlk mərhələdə 12-ci cütdə qərarlaşmış `Qarabağ`ımız `Banqa` səddini keçəcəyi halda Farer adalarının `Streymur` kollektivi ilə qarşılaşacaq.

Paylaş

// pop up