"Qarabağ"ımızın rəqibi məlum oldu: "Olimpiya"

19 İyn 2018
"Qarabağ"ımızın rəqibi məlum oldu: "Olimpiya"
Bu gün İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması keçirilib.
Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ımızın da rəqibi müəyyənləşib.
Komandamız bu mərhələdə Sloveniyanın "Olimpiya" klubu ilə mübarizə aparacaq.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
I qrup
“Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan)