`Qarabağ`ımızın rəqibləri məlum oldu

single-news
28 Dek 2010

`Qarabağ`ımızın rəqibləri məlum oldu



Məlum olduğu kimi `Qarabağ`ımız qış fasiləsi zamanı Antalyada təlim-məşq toplanışı keçəcək. 28 gün ərzində qardaş ölkədə premyerliqanın 2-ci yarısının hazırlıqlarını yerinə yetirəcək komandamız Antalyada 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq komandamızın rəqibləri bəllidir. Yanvarın 22-sində komandamız ilk yoxlama oyununa çıxacaq. Rəqibimiz isə Qazaxıstan əsas dəstə komandası `Ordabaşı` olacaq. Yanvarın 26-sında isə komandamız Ukrayna premyerliqa təmsilçisi `İliçivets` olacaq. Yanvarın 30-u isə komandamız Ruminiya əsas liqasında 4-cü pillədə qərarlaşmış `Qaz Metan Medias`la qarşılaşacaq. Komandamızın 4-ü qarşılaşması isə Fevralın 3-ü və ya 4-də baş tutacaq. Həmin günün seçiminə uyğun olaraq komandamız daha bir dəfə yoxlama oyununda gücünü sınayacaq.

Paylaş

// pop up