“Qarabağ”ın 10 futbolçusu milli komandalarda

single-news
13 Noy 2023

“Qarabağ”ın 10 futbolçusu milli komandalarda



“Qarabağ”ın 10 futbolçusu milli komandalara çağırılıb. Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Nəriman Axundzadə, Toral Bayramov və Rahil Məmmədov Azərbaycan yığmasına dəvət alıb. Millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da evdə İsveç, üç gündən sonra səfərdə Belçika ilə görüşəcək.

 

Marko Veşoviç və Marko Yankoviç Monteneqro, Luka Quqeşaşvili Gürcüstan, Patrik Andrade ilə Leandro Andrade Kabo Verde yığmasına dəvət olunub. Monteneqro millisi ayın 16-da evdə Litva, üç gündən sonra səfərdə Macarıstanla üz-üzə gələcək. Gürcüstan yığması noyabrın 16-da Şotlandiyanı qəbul edəcək, 19-da İspaniyanın qonağı olacaq. Kabo Verde isə ayın 18-də Anqola, 21-də Esvatini ilə qarşılaşacaq.

Paylaş

// pop up