`Qarabağ`ın 17 rəqibi artıq məlumdur

single-news
24 May 2010

`Qarabağ`ın 17 rəqibi artıq məlumdur



Qarşıdan gələn ildə Azərbaycanımızı Avropa Liqasında təmsil edəcək `Qarabağ`ımızın potensial rəqibləri demək olar ki, bəllidir. AL-in 1-ci mərhələsində güclülər-səpələnmişlər qrupunda yer alacaq komandamızın səpələnməmişlər  səbətində olan 25 mümkün rəqibindən 17-sinin adı açıqlanıb. `Qarabağ` 2-ci mərhələyə keçəcəyi təqdirdə də səpələnmişlər qrupuna daxil olacaq.

Xatırladaq ki,  AL-in püşkü İyunun 21-i atılacaq və ilk mərhələnin oyunları iyulin 1-i və 8-i keçiriləcək.

Səpələnmişlər:
“Anortosis” (Kipr) - 13.099
“Randers” (Danimarka) – 6,470
“Kalmar” (İsveç) - 5.838
“Bney Yehuda” (İsrail)- 5.275
“Nitra” (Slovakiya) - 3.166
“Mü-PA-47” (Finlandiya) - 2.899
“Gefle” (İsveç) – 2,838

“QARABAG” (AZƏRBAYCAN) – 2,599
“Rux” (Polşa) – 2, 508
“Sibenik” (Xorvatiya) – 2,466
“Osiyek” (Xorvatiya) – 2,466
“Dnepr” (Belarus) – 2,308
“Skonto” (Latviya) – 2, 149
“Reykyavik” (İslandiya) – 2,083
“Dandalk” (İrlandiya) – 1,908
TPS (Finlandiya) – 1,899
“Tirana” (Albaniya) – 1,799
“Tauras” (Litva) - 1.683
“Zestafoni” (Gürcüstan) - 1.649

Belarus, Gürcüstanın hərəsindən 1, Bosniya və Herseqovinadan 2 klubun adı müəyyənləşməsə də kimliyindən asılı olmayaraq, səpələnmişlər sırasında yer alacaq. Hələ səbəti bilinməyənlərdən də 4-ü bura daxil olacaq.

Səpələnməmişlər:
“Olimpiya” (Sloveniya) - 1.391
“Flora (Estoniya) - 1,374
“Streynur” (Farer adaları) – 1,366
“Qlentoran” (Şimali İrlandiya) – 1,324
“Trans” (Estoniya) – 1,124

“XƏZƏR-LƏNKƏRAN” (AZƏRBAYCAN) – 1,099
“Falkirk” (İslandiya) – 1,080
“Metallurq” (Makedoniya) – 1,066
“Şaxtyor” (Qazaxıstan) – 0,899
“Banants” (Ermənistan) – 0,849
“Laçi” (Albaniya) – 0,799
“Llanelli” (Uels) – 0,766
“Runavik” (Farer adaları) – 0,616
“Ulisse” (Ermənistan) – 0,599
“Talbot Taun” (Uels) – 0,516
“Zeta” (Çernoqoriya) – 0,425
“Portadaun” (Şimali İrlandiya) – 0,324
“Dudelanj” (Lüksemburq) – 0,249
“Santa Koloma” (Andorra) – 0,200
“Lusiytanos” (Andorra) – 0,200

Malta, Lüksemburq və San Marinonun hərəsindən 1 klub səpələnməmişlər arasında olacaq. Səbəti bilinməyənlərin də 3-ü səpələnməmişlər sırasında yer alacaq.

Paylaş

// pop up