"QARABAĞ"IN 200-CÜ QƏLƏBƏ SEVİNCİ . . .

single-news
7 May 2006

"QARABAĞ"IN 200-CÜ QƏLƏBƏ SEVİNCİ . . .



"Gəncə" 1-2 "Qarabağ" Hesab 5-ci dəqiqədə açıla bilərdi. Lakin Vasif Haqverdiyevin ötürməsindən sonra Ramiz Hüseynovun zərbəsini qapıçı dəf edə bildi. 14 dəqiqədə Qoqa Berayanın zərbəsi ilə yadda qalsa da hesab açılmadı. 3 dəqiqə sonra isə hesab açıldı. Azər Məmmədovun ötürməsində topu qəbul edən Vasif Haqverdiyev dioqonal zərbə ilə topu qapıçının başı üzərindən uzaq küncə göndərdi: 1-0. 27-ci dəqiqədə 17-18 metrlik məsafədən Sokolovun zərbəsi qapı çatından sürtülərək çıxdı. 1 dəqiqə sonra Qoqanın zərbəsini yenidən qapıçı tuta bildi. bir qapı ağzında cərəyan edən oyunun 36-cı dəqiqəsində isə ev sahiblərinin ilk hücumu qolla tamamlandı. Öz cərimə meydançasında topa sahib olan müdafiəçi uzun ötürmə etdi. Burada isə müdafiəçilərin kobud səhvi Paşa Əliyevi qapçı ilə üzbəüz qoydu: 1-1. İkinci hissədə meydana daxil olan Samir Musayevin 48-ci dəqiqədə zərbəsini qapıçı tuta bildisə, 59-cu dəqiqədə Azər məmmədovun ötürməsindən sonra başla zərbəsinin qarşısını isə heç cürə ala bilmədi: 2-1. Bundan sonra dəfələrlə qol epizodlarından istifadə edə bilməyən "Qarabağ"lılar üçüncü topu Romal Hüseynovla vurdular. 20-22 metrlik məsafədən mükəmməl zərbə ilə topu qapıya göndərən Romalın qolunu isə hakim topu qəbul edərkən əllə oyun kimi dəyərləndirərək hesabı almadı. Son dəqiqədə Müşviq Hüseynovun zərbəsi dirəkdən döndükdən sonra hakim fiti "Qarabağ"ın Azərbaycan Çempionatları tarixində 200-cü qələbəsini rəsmiləşdirdi.

Paylaş