“Qarabağ”ın 4 futbolçusu U-21-də

single-news
24 May 2025

“Qarabağ”ın 4 futbolçusu U-21-də



“Qarabağ”ın 4 oyunçusu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb. Amin Rzayev, Hikmət Cəbrayılzadə, İbrahim Hacı və Nihat Mehrəliyev iyunda keçiriləcək yoldaşlıq oyunları üçün heyətdə yer alıblar.

 

Komanda təlim-məşq toplanışına mayın 26-da start verəcək. Millimiz iyunun 4-də Minskdəki Baranoviçi şəhər stadionunda Belarusla, dörd gün sonra isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə qarşılaşacaq.

Paylaş

// pop up