“Qarabağ”ın 5 futbolçusu Azərbaycan millisində

27 May 2024
“Qarabağ”ın 5 futbolçusu Azərbaycan millisində
Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qarabağ”ın beş futbolçusu yığmaya çağırılıb.
Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov və Aleksey İsayev iyunun 7-də Albaniya, 11-də isə Qazaxıstana qarşı beynəlxalq yoldaşlıq görüşləri üçün açıqlanan heyətdə yer alıblar. Millimiz hər iki matçını Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçirəcək.