“Qarabağ”ın 5 futbolçusu U-17-də
5 Okt 2025
“Qarabağ”ın 5 futbolçusu U-17-də
“Qarabağ”ın 5 oyunçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb. Kəmaləddin Cəfərli, Uğur Qurbanlı, Amin Rzayev, Onur Əliyev və Əli Bəşirov oktyabrda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa, İsrail və Rumıniyaya qarşı keçiriləcək oyunlar üçün heyətdə yer alıblar.
U-17 millimiz oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya ilə qarşılaşacaq. Bütün matçlar Fransada keçiriləcək.
