“Qarabağ”ın 6 futbolçusu Azərbaycan millisində

single-news
4 Okt 2024

“Qarabağ”ın 6 futbolçusu Azərbaycan millisində



Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qarabağ”ın altı futbolçusu yığmaya çağırılıb.


Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov və Aleksey İsayev UEFA Millətlər Liqasının oktyabrın 11-də Estoniya, 14-də Slovakiyaya qarşı görüşləri üçün açıqlanan heyətdə yer alıblar. Millimiz ilk oyunu Tallində, ikinci matçını Bakıda keçirəcək.


Qeyd edək ki, yığmamız oktyabrın 7-dən təlim-məşq toplanışına start verəcək.

 

Paylaş

// pop up