`Qarabağ`ın 7 dəqiqəlik şousu - VİDEO

single-news
6 Avq 2010

`Qarabağ`ın 7 dəqiqəlik şousu - VİDEO



`Qarabağ` tarix yazmaqda davam edir. Artıq `Qarabağ` Azərbaycanın qürur mənbəyi olmaqla yanaşı ölkəmizin futbol simvoludur. Stadiona toplaşmış rekord sayda tamaşaçı dünən fantastik qələbəyə şahidlik etdi. 30000-dən azarkeş `Qarabağ`ımızın 7 dəqiqəlik futbol-şousundan çılğına döndü. Əfran cari mövsüm avrokuboklarda 5-ci qolunu vuraraq Avropa Liqasında bombardirlik (!!!) iddiasını ortaya qoydu, Rauf fantastik baş zərbəsiylə qol hesabını açdı, hər zaman əsrarəngiz ötürmələri ilə fərqlənən Rəşad Sadiqov isə özü Adamiyanın möhtəşəm zərbəsini qola çevirdi.
İlk yarının 3:0 bitməsi artıq qələbə idi. İkinci yarı komandamız 2 qol buraxsa da, artıq `Qarabağ`ın qatarı çoxdan `pley-off` dayanacağında idi.
`Qarabağ` ardıcıl ikinci dəfə pley-offda (!) oynayacaq. `Qarabağ` Avrokuboklarda  3 mərhələ keçdi (!!). `Qarabağ` Avrokuboklarda 11 oyundu (!!!) məğlub olmur..

Qarşıdan isə play-off oyunları gəlir...

`QARABAĞ` - `VİSLA` 3:2

Paylaş

// pop up