“Qarabağ”ın 7 futbolçusu Azərbaycan millisində
29 Avq 2025
“Qarabağ”ın 7 futbolçusu Azərbaycan millisində
“Qarabağ”ın 7 futbolçusu Azərbaycan millisinə çağırılıb. Şahrudin Məhəmmədəliyev, Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə və Musa Qurbanlı sentyabrda DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyətdə yer alıblar.
Komanda sentyabrın 1-də təlim-məşq toplanışına start verəcək. Millimiz sentyabrın 5-də Reykyavikdəki “Lauqardalsvollur” stadionunda İslandiya, dörd gün sonra isə Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna ilə qarşılaşacaq.
