“Qarabağ”ın 8 futbolçusu Azərbaycan millisində

single-news
23 May 2025

“Qarabağ”ın 8 futbolçusu Azərbaycan millisində



“Qarabağ”ın 8 futbolçusu Azərbaycan millisinə çağırılıb. Şahrudin Məhəmmədəliyev, Abbas Hüseynov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə və Musa Qurbanlı iyunda keçiriləcək yoldaşlıq oyunları üçün heyətdə yer alıblar.

 

Komanda təlim-məşq toplanışına mayın 27-də start verəcək. Millimiz iyunun 7-də Riqadakı “Skonto” stadionunda Latviya, üç gün sonra isə “Liv Bona Dea Arena”da Macarıstanla qarşılaşacaq.

Paylaş

// pop up