"Qarabağ"ın 9 futbolçusu millidə
.jpg)
15 Mar 2021
"Qarabağ"ın 9 futbolçusu millidə
DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Serbiya, qrupda müsabiqədənkənar iştirak edən Qətərlə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Yığmanın heyətinə "Qarabağ"ın 9 futbolçusu dəvət alıb. Bunlar Emil Balayev, Şahrudin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Abbas Hüseynov, Qara Qarayev, Tural Bayramov, İsmayıl İbrahimli və Mahir Emrelidir.
Komandamızın və yığmamızın kapitanı Maksim Medvedev millinin baş məşqçisi Canni De Byaziyə müraciət edərək şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib. Baş məşqçi futbolçumuzun xahişini müsbət cavablandırıb.
Yığma martın 24-də Serbiya, 30-da isə Portuqaliya ilə qarşılaşacaq. Martın 27-də milli Qətərlə üz-üzə gələcək.