"Qarabağ"ın 9 oyunçusu millidə! (korner.az)
"Qarabağ"ın 9 oyunçusu millidə! (korner.az)
Foqts nəhayət ki, Fəriq Quliyevi əsas komandaya gətirdi
Fevralın 22-dən martın 1-dək İordaniyanın Əmman şəhərində təlim-məşq toplanışı və bu hazırlıq prosesi çərçivəsində fevralın 25-də İordaniya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb. “Korner.az” AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, "Qarabağ"ın birdən-birə 9 oyunçusu milliyə dəvət edilib. Almaniyalı baş məşqçi Berti Foqtsun yığmaya çağırdığı oyunçular bunlardı:
Qapıçılar:
Kamran Ağayev
Fərhad Vəliyev
Səlahət Ağayev
Müdafiəçilər:
Samir Abasov
Rail Məlikov
Elnur Allahverdiyev
Volodimir Levin
Ruslan Abışov
Rəşad Sadıqov
Maksim Medvedev
Saşa Yunisoğlu
Yarımmüdafiəçilər:
Rəşad Sadiqov
Elvin Məmmədov
Əfran İsmayılov
Amit Quluzadə
Araz Abdullayev
Aleksandr Çertoqanov
Fabio Luis Ramim
Rahid Əmirquliyev
Hücumçular:
Vüqar Nadirov
Rauf Əliyev
Fərid Quliyev