“Qarabağ”ın açıq məşqi keçiriləcək

single-news
7 Yan 2026

“Qarabağ”ın açıq məşqi keçiriləcək



Yanvarın 9-da media nümayəndələri üçün təşkil olunacaq açıq məşq və mətbuat konfransının vaxtında dəyişiklik edilib.

Saat 11:15-də “Azersun Arena”nın media otağında komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Ardınca, saat 11:45-də “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) baş tutacaq.

Xatırladaq ki, açıq məşqdə 2025/2026 mövsümü üzrə Peşəkar Futbol Liqası tərəfindən verilmiş vəsiqəyə malik media nümayəndələri iştirak edə bilərlər.

Qeyd edək ki, komanda qış hazırlığına 3 yanvar tarixində start verib və 10 yanvaradək Bakıda məşqlərini davam etdirəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.

Paylaş

// pop up