"QARABAĞ"IN AĞDAMDA OYNAMASI SUAL ALTINDA (supersport.az)
1 Fev 2010
"QARABAĞ"IN AĞDAMDA OYNAMASI SUAL ALTINDA (supersport.az)
QURBAN QURBANOV: "QUZANLIDA OT ÖRTÜYÜNÜN VƏZİYYƏTİ ÜRƏKAÇAN DEYİL"
“Qarabağ” ev oyunlarını Quzanlı qəsəbə stadionunda keçirməyə bilər. Supersport.Az-ın müxbiri ilə söhbətində klubun baş məşqçisi Qurban Qurbanov belə məlumat verib: “Quzanlıya mütəxəssislərlə getmişdik və meydançanın ot örtüyünün vəziyyəti ürəkaçan deyil. Belə olacağını gözləmirdim. Məlum səbəbdən Quzanlıda futbol oynamaq həm bizə, həm də rəqiblərə problem törədə bilər. İndi meydançanın düzəldilməsi üçün klub rəhbərliyinə müraciət edəcəyik”.