"QARABAĞ"IN ASAN QƏLƏBƏSİ VƏ NÖVBƏTİ ÜÇ XAL. . .

single-news
27 Noy 2005

"QARABAĞ"IN ASAN QƏLƏBƏSİ VƏ NÖVBƏTİ ÜÇ XAL. . .



Bu matçda Baş Məşqçi Elxan Abdullayev əvvəlki oyunlarla müqayisədə bir neçə əvəzləmələr etmişdi.Matç protokolunda Azər Cabbarov, Blazenko Bekovaçın adının olmaması fonunda Namiq Yusifov, Dmitriy Spirin əsas heyətdə yer almışdı. .. Oyun başlayan kimi, Denisin ötürməsindən sonra Engin hesabı aça bilərdi. Amma topun bir qədər qeyri-dəqiq qəbulu yaxın məsafədən hesabın açılmasına imkan vermədi. 13 və 15-ci dəqiqələdə Müşviq və Enginin ötürmələrindən sonra iki dəfə Mübarizin zərbəsini qapıçı dəf edə bildi. 18-ci dəqiqədə Samirin bir qədər arxada dayanmış Kravçenkoya ötürməsindən sonra güclü zərbənin qarşısını müdafiəçi kəsdi. 29-cu dəqiqədə Müşviq Hüseynovun ötürməsindən sonra Denisin yaxın məsafədən başla zərbəsini də qapıçı tuta bildi. 37-ci dəqiqədə Denisin ötürməsindən sonra bu dəfə Kravçenko qapıçı ilə təkbətək qalsa da, bu dəfə də qapıçı dueldən qalib ayrıldı. 3 dəqiqə sonra Kravçenkonun cərimə zərbəsi azacıq aralı keçdi. Hissənin son dəqiqəsində isə Samir Musayevin müdafiəçilər arasından gözəl baş zərbəsini bu dəfə də MOİK-in heyətində ən yaxşılardan olan qapıçı Anar Bayramov dəf edə bildi... İkinci hissə başlayan kimi, Samir Musayevin qol istəyi öz bəhrəsini verdi. Cərimə meydançasında ona qarşı kobudluq 11 metrlik cərimə zərbəsi ilə nəticələndi ki, zərərçəkən bu dəfə rəqibi bağışlamadı: 1-0. Qoldan bir neçə dəqiqə sonra Müşviqin iki ardıcıl zərbəsini qapıçı tuta bildi.79 -cə dəqiqədə isə Denis Sokolovski rəqibi ikinci dəfə meydana mərkəzdən başlamağa məcbur etdi: 2-0. Bundan sonra da hesab arasındakı fərqi artırmaq üçün imkanlar olsa da, matç elə bu hesabla da başa çatdı.

Paylaş