“Qarabağ”ın avrokuboklar üçün son şansı (ÇEMPİON, 01.05.2006)

single-news
1 May 2006

“Qarabağ”ın avrokuboklar üçün son şansı (ÇEMPİON, 01.05.2006)



May ayının 3-də ölkə kubokunun yarımfinalında iki qarşılaşma keçiriləcək. “Xəzər-Lənkəran”la “Karvan” ilk oyuna çıxırlarsa, “Qarabağ” ilə “Neftçi” cavab qarşılaşmasında bir daha qüvvəələrini sınayacaqlar. Səfərdəki oyundan qolsuz heç-heçə ilə ayrılan “Qarabağ” cavab görüşünə böyük ümidlərlə çıxır. MOİK-lə görüşdə üç əsas heyət oyunçusuna istirahət verən ağdamlılar qələbə qazanaraq “flaqman” önünə yüksək əhval-ruhiyyə ilə çıxırlar. Elə “Neftçi”də də vəziyyət fərqli deyil. “Olimpik”ə qalib gələn Ağasəlim Mircavadovun yetirmələri birillik fasilədən sonra təzədən ölkə kubokunu muzeylərinə aparmaq niyyətindədirlər. Bu matç həm də təcrübəli mütəxəssislər, Ağasəlim Mircavadov-Böyükağa Ağayev dueli kimi böyük maraq doğurur. Digər cütlükdə isə “Xəzər-Lənkəran” “Karvan”la qarşılaşır. Hələ keçən il ölkə kubokunun 1/8 finalında üz-üzə gələn bu komandaların dueli penaltilərə qədər uzandı və Martyoşkinin sayəsində lənkəranlılar mərhələni keçə bilmişdilər. “Karvan” bu dəfə həmin matçın revanşını almaq üçün meydançaya çıxır. Lakin keçən mövsümlə müqayisədə “Xəzər-Lənkəran”da baş məşqçi postunda Rasim Kara deyil, Viktor Pasulko əyləşib. İlk oyuna ev sahibləri itki ilə çıxırlar. “MKT-Araz”la qarşılaşmada sarı vərəqə limitini dolduran Emin Quliyev bu görüşü tribunadan izləməli olacaq. Əvəzində Mahmud Qurbanov cəzasını başa vurub. Qələbələri sıralayan Yunis Hüseynovun yetirmələri cütlükdə favorit görünürlər. Lakin kubok oyunları iki matçdan ibarət olduğundan istənilən nəticə qeydə alına bilər. Üstəlik, “Xəzər-Lənkəran”ın avrokuboka yeganə yolunun kubokdan keçməsini unutmaq lazım deyil.

Paylaş