`Qarabağ`ın Bakı hazırlığı başa çatdı

single-news
21 İyn 2014

`Qarabağ`ın Bakı hazırlığı başa çatdı



`Qarabağ`ımız Bakı hazırlığını başa çatdırdı. 2013-2014 mövsümünün hazırlıqlarını davam etdirən  komandamız bugün paytaxtda sonuncu məşqini edib. Komandamızın məşqi 11:00-da Suraxanı qəsəbə stadionunda baş tutub.  Belədə komandamızın hazırlığının Bakı mərhələsi başa çatıb. Sabah səhər isə komandamız təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Komandamız Bakı – İstanbul – Zalsburq reysiylə hərəkət edəcək. Komandamızın Bakı vaxtıyla 19:00-da məskunlaşacağımız Kossen qəsəbəsinə çatacağı ehtimal olunur.

Paylaş

// pop up