"Qarabağ"ın baş məşqçisi Elxan Abdullayev oldu (ÜÇ NOQTA, 13.07.2005)

single-news
13 İyl 2005

"Qarabağ"ın baş məşqçisi Elxan Abdullayev oldu (ÜÇ NOQTA, 13.07.2005)



Ölkə çempionatının iddialı komandalarından biri olan "Qarabağ"a yeni baş məşqçi təyin olunub. Bir neçə gün öncə rəhbərlik baş məşqçi postunu müvəqqəti Səttar Əliyevə həvalə etsə də, sonradan qəti qərara gəlib. 35 yaşlı gənc mütəxəssis Elxan Abdullayev klub rəhbərliyinin qərarı ilə "Qarabağ"ın baş məqçisi postunu tutub. Klubun vitse-prezidenti Tahir Gözəl xeyli araşdırmalardan sonra bu qərara gəldiklərini açıqlayıb. O, namizədlər arasından ən yaxşı variantı seçdiklərini qeyd edib. Vitse-prezident baş məşqçinin fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılacağını qeyd edib. T.Gözəl növbəti mövsümdə də "Qarabağ"ın iddialı çıxış edəcəyini söyləyib. Yeni baş məşqçi isə bu təyinatdan razı qaldığını bildirib. E.Abdullayev "Qarabağ"da çalışmağın hər bir məşqçinin arzusu olduğunu qeyd edib. Əlavə edək ki, gənc mütəxəssis hazırda yığma komandanın da məşqçisidir. O, baş məşqçi kimi "Dinamo"nun (indiki "Bakı") çalışdırıcısı olub.

Paylaş