“Qarabağ”ın başqanı qan verdi (fanat.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
20 İyn 2012
“Qarabağ”ın başqanı qan verdi (fanat.az)
u gün “Azersun Holding”in mədəniyyət mərkəzində qanvermə aksiyası keçirilib. Fanat.az xəbər verir ki, aksiyada şirkətin əməkdaşları ilə yanaşı, “Qarabağ”ın prezidenti Abdulbari Gözəl, baş direktor Əmrah Çəlikəl, mətbuat katibi Nurlan İbrahimov və “İmarət” fan-klubunun üzvləri də iştirak edib.
“Qarabağ”ın azarkeş qrupunun rəhbəri Xaləddin Bayramov Fanat.az- açıqlamasında bunları deyib: “Qana ehtiyacı olanlara kömək etmək olduqca vacibdi. İnsan sadəcə, mənəvi rahatlıq tapır. Sənin damarından çəkilən qanla hansısa xəstənin həyata qaytarıla biləcəyini düşünəndə, düzgün addım atdığının fərqinə varırsan. Bundan gözəl nə ola bilər ki? Məncə, belə aksiyalara çox ciddi yanaşmalıyıq. Çünki söhbət ehtiyacı olan soydaşlarımıza yardımdan gedir”.
Fanat.az