`Qarabağ`ın bütün komandalarından qələbə

single-news
18 Okt 2010

`Qarabağ`ın bütün komandalarından qələbə



Arxada buraxdığımız futbol həftəsi `Qarabağ`ımız üçün uğurlu olub. Belə ki, əsas komanda ilə yanaşı digər 5 yaş qrupunun hamısı arxada buraxdığımız turu qalibiyyətlə başa vurublar. Əsas komandamızın `Simurq`u 3:2 məğlub etməsiylə yanaşı, əvəzedici komandamız da zaqatalalı həmkarlarını darmadağın edib, 8:1. Mübariz Orucovun başçılıq etdiyi 17 yaşlılarımız AZAl-ı ilk turda 2:0 hesabıyla məğlub edib. Oktay Ocakın başçılıq etdiyi 15 yaşlılarımız `Vətən`i 3:1 hesabıyla yenib. Xəyal Həsənovun 14 yaşlıları isə `Təhsil`i 5:0 hesabıyla darmadağın edib. 13 yaşlılarımız isə ROİL-i 3:0 hesabıyla məğlub edib.

Paylaş

// pop up