QARABAĞ"IN DOĞMA ARENAYA MÜDHİŞ DÖNÜŞÜ . . .

single-news
13 Noy 2005

QARABAĞ"IN DOĞMA ARENAYA MÜDHİŞ DÖNÜŞÜ . . .



"Qarabağ" bu oyuna itkilərlə - Mübariz Orucov və Aleksandr Voskoboyniksiz çıxsa da əhval ruhiyyə yüksək səviyyədə idi. Necə də olsa, klub çempionatda axır ki, ona doğma olan arenaya qayıtmışdı. Bu qayıdışı da heç şübhəsiz yalnız qələbə ilə qeyd eləmək istəyi açıq- aşkar sezilirdi... Oyun kəşfiyatsız başladı və elə matçın 4-cü dəqiqəsində Müşviq Hüseynovun zərbəsi azacıq dəqiq alınmadı. 15-ci dəqiqədə Kravçenkonun əla örüməsini yenə Müşviq dəyərləndirə bilmədi. Bir birini əvəzləyən hücumlar isə yalnız 41-ci dəqiqədə öz bəhrəsini verdi. Denis Sokolovskinin küncdən ötürməsini Samir Musayev tora göndərdi- 1:0. İkinci hissədə də "Qarabağ" üstün oyun sərgilədi. Bunun nəticəsi olaraq 57-ci dəqiqədə Samir Musayev dubla imza atdı. Kravçenkonun mükəmməl ötürməsindən sonra Samir bir toxunuşla qapıçıya heç bir şans qoymadı- 2:0. Bundan bir qədər sonra bu dəfə Samirin ötürməsini Kravçenko bir-neçə metrlik məsafədən qapının üstünə yönəltdi. Əvəzində qonaqların nadir hücumlarından birində Vasif Haqverdiyevin kobud səhvindən sonra hakim 11 metrlik cərimə zərbəsi təyin etdi və Ülfət Mədətov hesab arasındakı fərqi azaltdı. Bundan sonra "Qarabağ" bir neçə dəfə hesab arasındakı fərqi artırmaq şansı qazandı.Meydanda ən yaxşılardan olan Engin Özmənin bir neçə dəfə Denisi əvəzləmiş Ruslan Musayevi, Samiri əla ötürmə ilə təmin etsə də onların zərbələrini gah qapıçı uta bildi, gah da top qapıdan aralı keçdi. Buna baxmayaraq, "Qarabağ" vacib qələbə qazanaraq aktivinə növbəti üç xalı yazdı. BAŞ MƏŞQÇİLƏRİN "MƏTBUAT KONFRANSI"NDA DEDİKLƏRİ NÖVBƏTİ YAZIDA...

Paylaş

// pop up