"QARABAĞ"IN DÖRD YENİYETMƏSİ U-17-DƏ . . .

single-news
10 İyn 2005

"QARABAĞ"IN DÖRD YENİYETMƏSİ U-17-DƏ . . .



Bildiyiniz kimi, Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası bir neçə gündür ki, Gürcüstandadır. Orada onlar iki yoldaşlıq görüşündə yerli komanda ilə qüvvəsini sınamalıdırlar.Artıq ilk görüş keçirilib və 2:2 hesabı ilə başa çatıb. 17 yaşlıların heyətində hal-hazırda "Qarabağ"ın uşaq futbolunun yetirmələri olan dörd yeniyetmə də var. Bunlar Fərid Haqverdiyev, Maksim Medvedyev, Emin Mustafayev və Rauf Əliyevdir. Onların hamısı artıq keçirilmiş ilk qarşılaşmada əsas heyətdə 90 dəqiqə Azərbaycanın şərəfini qorumuşlar. Sevindirici haldır ki, matç boyu hesabda irəli olan komandamız bütün oyunu da üstün durumda keçirmişlər. Bunu matçı canlı izləmiş "Qarabağ" Özkaynak Düzəninin (Uşaq futbolu) rəhbəri Hamdi Serpil Tüzün də təstiqlədi: "Azərbaycanın 17 yaşlılardan ibarət komandası çox gözəl oyun sərgilədi. Buna görə Bütün heyəti təbrik edirəm. Matç başlayan kimi, hesabda üstün duruma keçsək də, müdafiəyə çəkilmədik. Hesab bərabərləşəndən iki dəqiqə sonra yenə hesabı öz xeyrimizə dəyişə bildik. Nəticə də önəmlidir, amma gözəl oyun futbola başqa gözəllik verir. Yığma da məhz belə oyun göstərdi. Sevindiricidir ki, bizim "Qarabağ" Uşaq Futbolu da Millinin heyətində öz sözünü dedi. Dörd futbolçumuzun hər biri Milliyə layiq olduqlarını oyunları ilə göstərdilər. Gələcəkdə millidə "Qarabağ"lıların sayının daha da artırılmana nail olacağımıza inanıram. Bununla da Azərbaycan futboluna öz töhvəmizi vermiş olacağıq." Oyunun keçirildiyi meydan haqqında da Hamdi S.Tüzün öz fikirlərini bölüşdü: "Futbola gözəllik qatan amillərdən biri də meydança amilidir. Matçın keçirildiyi stadion çox gözəl idi. Mən həm ot örtüyünü, həm də tamaşaçılar üçün ayrılmış hissəni nəzərdə tuturam. Azərbaycanda da hər bir klubun belə meydançasının olması zəruridir. Şərait nəticəni stimullaşdıran əsas amildir."

Paylaş