"QARABAĞ"IN ƏN YAXŞI XƏTTİ - YARIMMÜDAFİƏ ! ! !

single-news
8 İyn 2006

"QARABAĞ"IN ƏN YAXŞI XƏTTİ - YARIMMÜDAFİƏ ! ! !



Azərbaycan Çempionatı və Kuboku uğrunda yarışlar başa çatdı. Futbol mövsümünün sonuna doğru klubumuzda hansı xəttin daha güclü olması, digər xətlərdən fərqlənməsi barədə azarkeşlərin fikirlərini öyrənmək qərarı verdik. Bunun üçün sorğu keçirdik və artıq sorğunun nəticələri məlumdur. Beləliklə, sorğuda iştirak edən respondentlərin 1/4-i və ya 25%-i "Qarabağ"ın yarımmüdafiə xəttinin daha inamlı təsir bağışladığına səs verişlər. Onlar yarımmüdafiəmizin komandanın arxasınca apara biləcəyini düşünənlərdir. Müdafiə xəttimizin inamlı oyunu da diqqətdən yayınmayıb. Belə ki, müdafiə xəttinə 22% respondent səs verib. Onlar ikinci dövrədə komandanın daha az qol buraxmasını əsas götürənlərdir. Sorğuda üçüncülüyü isə xətləri biri-birindən ayırmayaraq HAMI deyən, bütün futbolçuların yaxşı oyunu nəticəsində nəticə qazanan "Qarabağ" futbolçularına səs verənlərdir. Sonrakı yerlər uyğun olaraq 13% və 11% səslə hücumçular və qapıçılardır. Heç bir xətti bəyənməyən respondentlər də var ki, bunlar səs verənlərin 9%-ni təşkil edirlər. Saytımızda növbəti sorğu komandanın UEFA kubokunda göstərəcəyi oyun və qaznacağı nəticə barədədir. Aktiv olun və fikirinizi səsinizlə bildirin.

Paylaş