"QARABAĞ"IN FƏDAKAR BAŞQANI

single-news
24 Sen 2008

"QARABAĞ"IN FƏDAKAR BAŞQANI



“Qarabağ” Futbol Klubu hər zaman öz dəsti-xətti ilə seçilib.  Qarşısına böyük məqsədlər qoyan klubumuz günü-gündən inkşaf etməkdədir. İnfarstruktur, baza, qlobal təkamülə uyğunlaşmaq naminə çalışan komandamız rəhbərlik tərəfindən daim məqsədəuyğun şəkildə yönəldilir. Ot kökü üstə bitər deyiblər. Klub rəhbərliyinin komandaya göstərdiyi diqqət, verdiyi dəstək, həssas münasibət bütün inkişaf prosesində təkanverici  rol oynayır.

Bu gün “Qarabağ” futbol klubunun  vitse-presidenti cənab Tahir Gözel də bu qəbil insanlardandır. İş adamı komandaya elə bir mənəvi istiqanlılıq göstərir ki, qiymətləndirməmək mümkün deyil. Saniyəsi belə qızıl olan Tahir bəy daim “Qarabağ”ın Futbol Klubunun acılı və şirinli günündə yanında olur. Böyük bir holdinqdə gərgin iş rejiminə  baxmayaraq, Tahir bəy “Qarabağ”ın varlığını özü üçün bir nömrəli vəzifə hesab etməsəydi yerindən,  zamanından, məkanından asılı olmayaraq  klubumuzun başçısı daim komandanın yanında olmazdı. Komandanınn yanında olduğu zaman Tahir bəyin simasında, ruhunda tək bir sevgi həkk olunub: “Qarabağ” sevgisi.

Belə bir durum Azərbaycan çempionatının sonuncu turunda yaşandı. “Qarabağ” Futbol Klubunun başçısı cənab Tahir Gözel ənənəsinə sadiq qalaraq yenə də könül verdiyi komandasını tək buraxmadı. Gərgin iş rejimindən zəruri olan istirahətini yüzlərlə kilometr yola sərf edərək Qəbləyə yollanan klub başçısı komandasına əlavə stimul oldu. Sevinirik ki, Tahir bəyin zəhməti qarşılığında qələbə qazanaraq fədakar başçımızın çöhrəsinə təbəssüm qonmasına səbəb olduq. Klubumuz fədakar başqanımıza bizə verdiyi hərtərəfli dəstəyə görə dərin minnətdarlığını bildirir və daim onu sevindirməyə çalışacağına söz verir.

 

Paylaş

// pop up