`Qarabağ`ın formasını dolabda saxlayıram

single-news
13 Dek 2012

`Qarabağ`ın formasını dolabda saxlayıram



`Peşəkar karyeramı bitirsəm də həvəskarlar arasında Donbass çempionatında çıxış edirəm. Şərəfini qoruduğum `Rubin`in heyətində çempion adını da qazanmışam`. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın `Qarabağ` klubunun sabiq futbolçusu Denis Sokolovski deyib.

Ukraynanın `Şaxtyor` klubunun məşhur futbolçusu Mixail Sokolovskinin oğlu artıq peşəkar karyerasını başa vurub. İndiyədək 17 klubda peşəkar futbolçu kimi çıxış edən yarımmüdafiəçi `Qarabağ`ın onun üçün xüsusi yerdə olduğunu gizlətməyib: `Şərəfini qoruduğum klublardan `Vorskla`, `Qarabağ`, `Panionios`un formalarını dolabımda saxlayıram. Bundan başqa şkafımda sevimli `Milan`ımın, Oleq Veretennikovun adı yazılan `Aris`in və atamın mənə bağışladığı `Brügge`nin formaları var.Hələ də təəssüflənirəm ki, `Valensiya` ilə yoxlama oyunundan sonra Joselin Anqlomanın formasını ala bilmədim`.

Sokolovski dost münasibətlərində olduğu futbolçuların ada adlarını açıqlayıb. Maraqlıdır ki, o, özü kimi Azərbaycanda oynamış həmkarları ilə yaxın münasibətlərdədir: `Ətrafımdakıların hamısı futbol adamlarıdır. Daha çox atamla, həmçinin Sergey Kravçenko və Vitali Postranski ilə ünsiyyətdə oluram`.

Qeyd edək ki, Kravçenko da Sokolovski kimi `Qarabağ`da, Postranski isə `Simurq`da çıxış edib.

Mənbə: apasport.az

Paylaş

// pop up