“Qarabağ”ın futbolçuları qələbələri sıralayır (apasport.az)

single-news
27 Mar 2011

“Qarabağ”ın futbolçuları qələbələri sıralayır (apasport.az)



Ağdamın “Qarabağ” klubunun heyətində qələbələri sıralayan futbolçulardan bəziləri şəxsi uğur seriyasını Azərbaycandan kənarda da davam etdirir. Apasport.az saytının məlumatına görə, komandanın alban futbolçuları Admir Teli və Ansi Aqolli Avro-2012-nin seçmə oyunundan da qalib ayrılıblar. Onlar Albaniya yığmasının Belarus üzərində qələbəsinin iştirakçıları olublar. 1:0 hesabı ilə bitən görüşdə hər 2 futbolçu əvəzolunmadan 90 dəqiqə meydanda olub. Uzun fasilədən sonra yığmaya çağırılan “Xəzər Lənkəran”ın müdafiəçisi Elvin Çemiri isə bu matçda “18-liy”ə düşsə də ehtiyatda qalıb.

Paylaş

// pop up